Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Şıxbabalı kənd klubu ” Azad Şuşa” adlı tədbir keçirib

05.07.2022

05 İyul 2022-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxbabalı kənd klubu Şuşanın 270- illiyinə həsr olunmuş " Azad Şuşa" adlı tədbir keçirib. Tədbirdə klubun əməkdaşları ilə yanaşı MKS-nin Yusifcanlı kənd kitabxanasının kollektivi,rəqs dərnəyinin üzvləri və qəsəbə sakinləri iştirak ediblər. İlk öncə ölkəmizin ərazisinin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Şıxbabalı kənd klubunun müdiri İlhamiz Əliyev tədbiri aparmaq üçün sözü Şıxbabalı kənd klubunun təşkilatçısı Aynurə Əlizadəyə verdi.Aynurə Əlizadə Şuşa haqqında öz çıxışını etdikdən sonra, iştirakçılardan MKS-nin Yusifcanlı kənd kitabxanasının müdiri Adil Qasımov,Bakı Slavyan Universitetinin tələbəsi Məzahir Eyvaz, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Azər Bədəlov və MKS-nin Yusifcanlı kənd kitabxanasının əməkdaşı Səyyarə Qasımova çıxış edərək Şuşanın tarixi haqqında və 44 günlük vətən müharibəsində Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyevin Liderliyindən və vətən övladlarımızın qəhramanlığından danışıldı.Tədbirin sonunda rəqs dərnəyinin şagirdələri Şuşaya həsr etdikləri kompazisiyalı rəqslərini etdilər.

 

 

 

400.6 KB

 

401 KB

 

663 KB

 

634.9 KB

 

304.2 KB

 

389.1 KB

 

543.4 KB

 

548.1 KB

 

422.4 KB