04.08.2022
Azərbaycan Ordusu yenə erməni təxribatının qarşısını alarkən şəhid verdi.Laçın rayonunda ermənilərin mövqelərimizə hücumu zamanı Şəmkir rayonundan ordu sıralarına çağırılmış həqiqi hərbi xidmət keçən əsgərimiz Anar Kazımov qəhrəmanlıqla həlak oldu.Vətənin şəhid balası 4 avqust 2022- ci il tarixində doğulduğu Şəmkir rayonu Qaracəmilli kəndində torpağa tapşırıldı.Şəhidimizin dəfnində iştirak etmək üçün ölkəmizin bütün bölgələrindən minlərlə vətəndaşlar, qazilər, şəhid ailələri Şəmkirə axışdı.O cümlədən, Ağdam rayonu mədəniyyət işçilərinin bir qrupu dəfn mərasimində iştirak etdilər.Ağdam rayonu Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinin direktoru Sahib Məmmədov, şəhid Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev, mədəniyyət evinin təşkilatçısı Etibar Ağayev,Papravənd kənd Mədəniyyət evinin direktoru İkram Qələndərov qəhrəman şəhidimizin xatirəsinə ehtiramlarını ifadə edərək, məzarına gül dəstələri düzdülər.Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Ağdam rayonu üzrə nümayəndəsi və mədəniyyət işçiləri adından şəhidimizin ailəsinə baş sağlığı verdilər.Allah rəhmət eləsin.Məkanı cənnət,məqamı ali olsun qəhrəman şəhidimizin!