10.08.2022
10 Avqust 2022-ci il tarixdə Ağcabədi rayon Mərkəzi Kitabxanasında"Ulu Öndərin irsinin öyrənilməsi " mövzusunda yığıncaq keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva ,Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova, Ağcabədi Rayon Rəsm Qalereyasının Fond Mühafizə Şəki Əliyeva,Hacıbədəlli kənd musiqi məktəbinin direktoru M.Əliyeva,Hacıbədəlli kənd Folklor Evinin müdiri B.Mahmuqova çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu haqqında və gənclərə göstərdiyi diqqət və qayğıdan ürəkdolusu danışmışlar.