Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayonunda yerləşən musiqi məktəblərinin kollektivləri ilə görüş keçirilib

08.09.2022

  Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov idarənin tabeliyində olan Ağdam rayonunda fəaliyyət göstərən Güllücə, Qiyaslı, Əhmədağalı, Qaradağlı, Əfətli, Xındırıstan və Seyidli kənd uşaq musiqi məktəblərinin kollektivləri ilə birgə görüş keçirib.8 sentyabr 2022-ci il tarixdə Ağdam rayon Dram teatrının binasında keçirilən iclasda idarə rəisi Qalib Həsənov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar və yeniliklər barəsində musiqi məktəblərinin kollektivlərini məlumatlandırmış, Nazirliyin rəhbərliyi tərəfindən verilən təlimatları diqqətə çatdırmışdır.Musiqi məktəblərinin fəaliyyətində keçmişdə mövcud olmuş problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi barədə məlumat verən idarə rəisi musiqi məktəblərində mövcud olan ploblemlərin aradan qaldırılması istiqamətində işlərin qətiyyətlə davam etdiriləcəyini də vurğuladı. Dərs saatlarının şəffaf şəkildə bölünməsi, dərsə davamiyyətin təmin olunması, məktəblərin idarə olunmasında aşkarlıq və şəffaflıq prinsiplərinin rəhbər tutulması bir daha vurğulandı. Musiqi məktəblərinə müəllimlərin işə qəbulu prosesindən danışan Qalib Həsənov prosesin şəffaflıq və ədalət prinsiplərinə əməl olunaraq həyata keçirilməsi barədə də məlumat verdi. Məktəblərdə davamiyyəti aşağı olan şagirdlərin dərsə cəlb olunması, müəllimlərin işə davamiyyətinin təmin olunması, dərs saatlarının şəffaf bölünməsi  məktəb direktorlarının qarşısında ciddi şəkildə tələb kimi qoyuldu.Daha sonra musiqi məktəbində çalışan müəllimlərin təklif və şikayətləri dinlənildi. Sonda idarə rəisi yeni tədris ilində müəllimlərə fəaliyyətində uğurlar arzulayıb, yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırıb.

 

 

69.7 KB

 

59.4 KB

 

59.1 KB

 

88.2 KB

 

77.5 KB

 

91.9 KB

 

69.5 KB

 

63.6 KB

 

81.5 KB