27.09.2022
Ağcabədi rayonunda Anım Günü tədbiri keçirilib.
Tədbir ilk olaraq Ağcabədi rayon Bayraq Meydanından Qəhrəmanlar Parkına doğru yürüş ilə başlayıb. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və əməkdaşları, həmçinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və idarənin əməkdaşları iştirak ediblər. Daha sonra tədbir iştirakçıları Ağcabədi rayon Qəhrəmanlar parkında 44 günlük Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş tədbirin bədii hissəsində iştirak edib, rəsmi çıxışlar dinlənilib. Tədbir şəhid ailələrinin çıxışları və şəhid övladlarının bədii qiraəti ilə davam edib.
Tədbir iştirakçıları Qəhrəmanlar parkı ərazisində şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək üçün ağacəkmə aksiyasına qoşularaq park ərazisində ağac əkiblər.
Saat 12:00-da şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Şəhidlərimizi ehtiramla anırıq!
Şəhidlər ölməz, Vətən bölünməz!
#AnımGünü
#ŞəhidlərimizəEhtiramla
#ŞəhidlərÖlməz / #ShehidlerOlmez