Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz Əbədidir” adlı tədbir keçirilib

17.10.2022

 18 oktyabr Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Günü münasibətilə Müstəqilliyimiz Əbədidir adlı tədbir təşkil olunmuşdur. Öncə Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərzaisinin bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov və Ağdam rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, Vətən Müharibəsi veteranı Anar Əsgərov çıxış edərək bildirdilər ki, xalqımız ötən illər ərzində çətin sınaqlarla üzləşib yeni müstəqil qazanmasına baxmayaraq Azərbaycan Respublikası bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindəydi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışı ölkəmizi böyük problemlərdən qurtardı. Bu gündə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində bu sınaqlardan uğurla keçərək tarixi zəfərlərə imza atdı. Daha sonra məruzəçilər dəyirmi masada iştirak edən gəncləri maraqlandıran sualları cavablandırmışdır.

 

41.8 KB

 

35 KB

 

177.6 KB

 

616.9 KB

 

233.7 KB