Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət edilib

15.10.2022

15 Oktyabr 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini Sumqayıt şəhər sakini Mustafayeva Məlahət Sədi qızı və onun övladları Mustafayeva Samirə Sadıq qızı,oğlu Mustafayev Etibar Sadıq oğlu ziyarət ediblər. Məlahət xanım vaxtilə Ermənistanın Kirovakan rayonu Gözəldərə kəndinin sakini olub.Mənfur ermənilərin torpaq iddiaları zamanı 1988 ci ildə ordan didərgin düşərək öz ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıblar. Məlahət Xanım Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayevin qardaşı qızıdı. 1987 ci ildə Rahib Məmmədovun Gürcustan Respublikasının Xobi rayonu Caladidi kəndində  sel daşqınları zamanı insanları xilas edərək qəhrəmancasına şəhid olduğu vaxt Rahib Məmmədovun ailəsinə onlarla başsağlığı məktubları yazıb hər zaman arzusu Rahib Məmmədovun məzarını və onun adın daşıyan muzeyi ziyarət etmək olub.Bu gün özünün dediyi kimi ən böyük arzusu baş tutdu 35 ildən sonra arzusuna çatdı . Məlahət xanımın yazdığı məktublar muzeyin eksponatları siyahısındadı.

 Məlahət xanımın qızı Samirə xanım Ali təhsilli rəssamdı .Oda rəngli boya ilə  cəkdiyi Şuşanın rəsm əsərini və Azərbaycan bayrağını muzeyə hədiyyə etdi.

Muzey əməkdaşları fəxri qonaqları qarşıladılar Rahib Məmmədovun qısa mənalı, qəhrəmanlıqla dolu həyatından,ona aid olan eksponatlardan və birinci Qarabağ və ikinci Vətən mùharibəsi zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış şəhidlərimiz və onlara aid olan eksponatlardan, geniş məlumat verdilər.

 Sonra qonaqlar Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbin qarşısındakı bustu önünə və Rahib Məmmədovun və valideynlərinin Mahrızlı kənd qəbiristanlığında uyuyan məzarları üzərinə gül dəstələri qoydular,xatirə şəkilləri çəkdirdilər.

 

 

 

155.1 KB

 

150.7 KB

 

101.7 KB

 

96.6 KB

 

94.3 KB

 

119.1 KB

 

145.8 KB