17.10.2022
17 oktyabr 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Quzanlı qəsəbə Mədəniyyət mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin “Vətən əmanəti” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, qazilər, veteranlar, yeniyetmə və gənclər iştirak etmişlər.