Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Həlledici döyüş” adlı tədbir keçirilib

17.10.2022

17 oktyabr 2022-cil tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 17 Oktyabr-Füzulinin işğaldan azad olunması ilə əlaqədar Ağcabədi şəhər Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbin Gənc Heydərçilərinin iştirakı ilə tədbir keçirildi.

Tədbir Füzuli şəhərinin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Mərkəzin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tədbiri açaraq bildirdi ki, 17 oktyabr Füzulinin işğaldan azad olunduğu gündür. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanı 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Daha sonra GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşı Leyla Zalovanın mühazirəsi dinlənildi. Rayonunun tarixindən ətraflı bəhs edən natiq qeyd etdi ki, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Tədbirin gedişatında Gənc Heydərçilərlə olunan sual-cavabda bir neçə məktəbli xüsusi fəallıq göstərmişlər. Sonda Mərkəzin foyesində sərgilənən “Qələbənizin Ruhu Naminə” adlı sərgiyə baxış keçirildi.