Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev mərkəzində” Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib

18.10.2022

18 oktyabr 2022- ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqilliyimizin Bərpası Günü münasibətilə " Müstəqilliyimiz əbədidir" mövzusunda tədbir keçirildi.Tədbirdə rayonun mədəniyyət işçiləri və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edirdilər.Tədbirin aparıcısı Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev iştirakçıları salamladıqdan sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Sonra F.Əliyev 31 il əvvəl qırmızı imperiyanın 70 illik işğalından xilas olmaq üçün Azərbaycan xalqının apardığı azadlıq mübarizəsindən,bu mübarizədə Azərbaycan xalqının necə birlik nümayiş etdirməsindən söz açdı.Söz H.Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərova verildi.Elçin müəllim cəmi 31 illik müstəqillik tarixinə malik olsa da, Azərbaycan dövlətinin həm ölkə daxilində , həm də bütün dünyada əldə etdiyi nüfuz, inkişaf və uğurlardan danışdı.Tədbirin digər iştirakçıları da öz çıxışlarında müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat, siyasət sahələrində inkişafından, torpaqlarımızı 30 illik işğaldan azad edərək, ərazi bütövlüyünü bərpa etməsindən söz açdılar. Dövlət başçımızın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövlətinin dünyada söz sahibi olmasından iftixarla danışdılar.

 

 

63.6 KB

 

43.8 KB

 

40.3 KB

 

49.3 KB

 

48.4 KB

 

58.4 KB

 

43.7 KB

 

65.4 KB