20.10.2022
Mədəniyyət Nazirliyinin Kommunikasiya meneceri layihəsi çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin kommunikasiya menecerinin fəaliyyətini təmin etmək məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib. Görüşdə həmçinin regional idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin kommunikasiya fəaliyyəti üzrə əlaqələndirici məsul şəxsləri də iştirak edib. Görüşdə çıxış edən idarənin kommunikasiya meneceri İlkin Mamedov ilk öncə Mədəniyyət Nazirliyinin "Kommunikasiya Meneceri" layihəsi barədə görüş iştirakçılarına məlumat verib. O, layihənin nazirliyin sistemində həyata keçirilən kompleks islahatların tərkib hissəsi olduğunu, media və mətbuat, eləcə də kommunikasiya sahəsində nazirliyin strukturuna daxil olan qurumlar, tabe müəssisə və təşkilatlarının effektiv şəkildə kommunikasiya fəaliyyətinin həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə reallaşdırıldığını vurğulayıb.Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində baş tutan iclasda Ağcabədi Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri İlkin Mamedov və kommunikasiya menecerinin işçi qrupunun üzvləri layihə çərçivəsində görülməsi planlaşdırılan işlər barədə fikir mübadiləsi aparıb.Görüşdə regionun mədəniyyət və tarixinin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsi barədə müzakirələr aparılıb, regionun musiqi, xüsusilə də muğam sənətində həmçinin ümumilikdə mədəniyyətimizin payında olan əhəmiyyətli önəmi vurğulanıb və gələcək fəaliyyətdə bu istiqamətdə təbliğat işlərinin aparılması üçün görüləcək işlərə dair təkliflər səsləndirilib.Görüşdə həmçinin, ənənəvi media və sosial media ilə iş prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə müzakirələr aparılıb.Daha sonra görüş layihə çərçivəsində görülməsi hədəflənən işlər və gələcək planlarla bağlı fikir mübadiləsi ilə davam edib, təkliflər səsləndirilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.