27.10.2022
27 Oktyabr 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MSK və Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbinin birlikdə hazırladığ Hacıbədəlli kənd uşaq musiqi məktəbinin direktoru Məhbubə Əliyevanın öz işləmələrindən və köçürmələrdən ibarət Uşaq xoru, kamança və fortepiano üçün tərtib etdiyi tədris üçün nəzərdə tutulan vəsaitlərinin təqdimatı keçirilib. Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin nümayəndəsi,Ağcabədi Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Musiqi və incəsənət məktəblərinin, MKS- nin əməkdaşları və digər qonaqlar iştirak edirdi. 2 saata yaxın davam edən bu tədbirdə Müəllifin bəstələdiyi mahnılar, tədris vəsaitlərindən əsərlər ifa edildi və qonaqların müəllif haqqında çıxışları dinlənildi.