27.10.2022
27 Oktyabr 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdam nümayəndəliyinin, və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Zəfərimiz" adlı gənclər arasında "Nə? Harada? Nə zaman?" formatında intellektual yarış keçirilib. Yarışda düzgün cavab sayına görə ən çox xal toplamış "Şuşa" komandası qalib olub.
İntellektual yarışda iştirak edən məktəblər.
1. Hafiz Əsgərov adına Quzanlı kənd tam orta məktəbin şagirdləri.
2. Soltanbud kənd Tam orta məktəbin şagirdləri.
3.118 saylı köçkün tam orta məktəbin şagirdləri .
4. Xındırıstan kənd tam orta məktəbin şagirdləri.
Gəncləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.