Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Dövlət Rəsm Qalereyasında “Zəfərin mübarək, Azərbaycan!”adlı tədbir keçirilib

04.11.2022

04 noyabr Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Dövlət Rəsm Qalereyasının və MKS-nın 36 saylı şəhər kitabxanasının birgə təşkilatçılığı ilə Zəfər bayramı münasibətilə “Zəfərin mübarək, Azərbaycan!”adlı tədbir keçirilib. Öncə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şirin canlarından  keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra Ağdam rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mehman Mustafayev, Ağdam rayon İcra Hakimiyyəti Başçısnın Quzanlı 1 qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəsi Elmir Rüstəmov, Ağdam rayon Dövlət Rəsm Qalereyasının direktoru Təbriz Baxşalıyev və Ağdam rayon Quzanlı 1 qəsəbə köçkün tam orta məktəbinin müəllimi Asif Məmmədov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin  Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə şanlı qələbə qazandığını bildirdilər.

 

168.6 KB

 

124 KB

 

135 KB

 

150.7 KB

 

147.5 KB

 

134.6 KB

 

143.4 KB

 

155.2 KB

 

152.4 KB

 

120 KB

 

149.2 KB

 

138.7 KB

 

132.8 KB

 

150.5 KB