04.11.2022
04 Noyabr 2022- ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Zəfərimiz - qürurumuzdur" adlı tədbir keçirilmişdir.Tədbir H.Əliyev Mərkəzində təşkil olunmuşdur.Tədbirdə Ağdam rayon Mədəniyyəti üzrə Nümayəndə Səyyarə Məmmədova, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Ağdam rayon mədəniyyət işçiləri, şəhid ailələri və MKS - nin işçiləri iştirak edirdilər.Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq tarixindən, müharibə günlərində dövlət - xalq birliyindən, Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşməyimizdən söz açdılar.Artıq işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin geniş vüsət alması, həsrətində olduğumuz doğma yurd yerlərinə " Böyük Qayıdış"ın başlanğıcını qoymuşdur.Tezliklə çiçəklənən,laləzara çevrilən Qarabağımızda bütün məcburi köçkünlərin öz ata-baba yurdlarında yenidən məskunlaşması diləyi ifadə olundu.