04.11.2022
04 Noyabr 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanası Ağcabədi rayon Tarix- Diyarşünaslıq Muzeyində "Zəfərə Gedən Yol! " başlıqlı tədbir təşkil edib. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Baş mütəxəssisi, Ağcabədi rayon Dövlət Rəsm Qalareyasının, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyinin, Ağcabədi Regional "Asan Xidmət" Mərkəzinin əməkdaşları, Qazilər, fəal oxucular və media nümayəndələri iştirak edib. İlk öncə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva açaraq Tarixi Zəfərimiz haqqında ətraflı məlumat verib.Tədbirdə iştirak edən Ağcabədi Regional Mədəniyyət İdarəsinin Baş mütəxəssisi İlkin Məmmədov Azərbaycanın tarixi qələbəsi haqqında həmçinin diplomatik siyasəti haqqında geniş söhbət açıb. Çıxışçılardan Qazi Suliddin Mirzəyev keçdiyi döyüş yollarından və müzəffər ordumuzun göstərdiyi şücaətdən ətraflı söhbət açıb. Fəal oxucular Zəfər Qələbəmizə həsr olunmuş çoxlu sayda şeirlər söylənmişdi.