Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi Zəfər Günü münasibətilə tədbir-sərgi keçirib

05.11.2022

05 noyabr 2022-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi və  Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir-sərgi keçirilibdir. Tədbirdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, muzeyin kollektivi, Vətən müharibəsi iştirakçıları və s.iştirak edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları qonaqları salamlayaraq hər  il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Muzeyin direktoru Türkanə Nuruyeva və  Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin korpus rəhbəri Elşad Cumiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən haqq savaşında qazanılan qələbədən, Vətən müharibəsində Azərbaycan Ordusunun, Azərbaycan xalqının nümayiş etdirdiyi ruh yüksəkliyindən, əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan xalqının birliyini vurğulayıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, şeir nümunələri və rəqs nömrələri təqdim olunub. Sonda Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkil etdiyi "Zəfər məktəblilərin gözü ilə" adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilibdir. Muzeyin baş fond mühafizi Şahnaz Məmmədova  tədbir iştirakçılarına sərgidə nümayiş olunan əl işləri və 44 günlük Vətən müharibəsi haqqında məlumat verib.

 

 

164.9 KB

 

136.4 KB

 

319.8 KB

 

300.6 KB