24.11.2022
24 Noyabr 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin qarşısında Mahrızlı kəndində Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılış mərasimi olub. Mərasimdə Şəhid ailələri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, RİH aparatının əməkdaşları, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, məktəblilər və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən RİH başçısı istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində çaldığı Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən geniş söhbət açmışdır. Mərasim iştirakçıları abidə önünə əklil və gül dəstələri qoyub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.