05.12.2022
05 Dekabr 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasının əməkdaşları Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru Cəmil Əlibəyovun anadan olmasının 95 illiyi münasibəti ilə "Cəmil Əlibəyov-95" başlıqlı tədbir təşkil edib. Tədbirdə Ağcabədi rayon Dövlət Rəsm Qalereyasının əməkdaşları, Ağcabədi şəhər saylı tam orta məktəbin Ədəbiyyat müəllimləri və fəal oxucular iştirak edib. Tədbiri Oxuculara xidmət şöbəsinin əməkdaşı Suma Məmmədova açaraq Cəmil Əlibəyovun həyat və yaradıcılığı haqqından ətraflı məlumat verib. Həmçinin kitabxana əməkdaşlarının ədib haqqında hazırladığı video-çarx nümayiş etdirlib. Tədbirin sonunda yazıçının əsərlərindən ibarət hazırlanmış sərgiyə baxış keçirilib.