09.12.2022
09 Dekabr 2022-ci il tarixdə Ağdam rayon uşaq-gənclər inkişaf mərkəzinin müəllim və şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin əməkdaşı Yunis İbrahimov tərəfindən qonaqlara Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillər haqqında məlumat verildi.