20.01.2023
Bu gün xalqımızın qəhrəmanlıq səhifəsi kimi tarixə yazılan 20 Yanvar qırğınından 33 il keçir. Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da şəhidlərimizin əziz xatirəsi anılıb. Ağcabədi Regional Mədəniyyət İdarəsinin kollektivi Ağcabədi rayonunda yerləşən Qəhrəmanlar Parkında 20 Yanvar şəhidlərinin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Daha sonra ərazilərimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olunmuş, önünə gül dəstələri düzülmüşdür. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, idarənin əməkdaşları, idarəyə tabe qurumların rəhbərləri və əməkdaşları iştirak ediblər.
#BlackJanuary #20January1990 #AğcabədiRMİ