26.02.2023
26 fevral 2023-cü il tarixində Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar Uşaq Gənclər İnkişaf Mərkəzinin və Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutan tədbir faciə qurbanlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə açan Mərkəzin bələdçisi Səbinə Mamedova xalqımızın başına gətirilən dəhşətli hadisələrdən ətraflı məlumat verdi. Daha sonra “Endless corridor” filmi nümayiş olundu. Filimdə erməni mənfurlarının xalqımızın başına gətirdikləri vəhşiliklər əks olunub. Sonda iştirakçılar Mərkəzin foyesində sərgilənən “Xocalı-Gözlərdə Donan Tarix” adlı sərgi ilə yaxından tanış oldular.