03.03.2023
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq, 3 mart 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin Nikah zalında yeni ailə həyatı quran gənclərimizin rəsmi nikahlarının qeyd olunması mərasimi baş tutub.
Ağdam rayon Qeydiyyat şöbəsi ilə birlikdə nikah haqqında şəhadətnamə gənclərə təqdim olunub. Gənclər onlara göstərilən bu cür yüksək diqqət və qayğı üçün minnətdarlıq edib və öz nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsinihəyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.
Gəncləri səmimi qəlbdən təbrik edir, ailə xoşbəxtliyi, firəvanlıq və xoş günlər.