03.05.2023
3 may 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Qurban Pirimov xatirə muzeyinin və Baharlı 1 qəsəbə Körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Əbədi və sönməzdir" adlı tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, oftalmoloq-alim Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Qurban Pirimov xatirə muzeyinin əməkdaşları və Uşaq bağçasının müdiri İlhamə Bağırova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Tədbirin sonunda bağça uşaqları Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.