Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində “15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir” adlı tədbir keçirilib

14.06.2023

14 iyun 2023-cü il tarixdə  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluş Günü" münasibətilə “15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir” adlı  tədbir keçirilib.

Tələbələr Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərlə tanış edildikdən sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzin və kollecin əməkdaşları çıxış edərək, tədbir iştirakçılarına Qurtuluş Günü və onun əhəmiyyəti haqqında ətraflı məlumat veriblər.

##AğcabədiRegionalMədəniyyətİdarəsi##

##AğdamrayonHeydərƏliyevMərkəzi##

##“15 iyun - Milli Qurtuluş Günü”##

 

 

 

4.2 MB

 

1.5 MB

 

1.1 MB

 

3.6 MB

 

3.8 MB

 

164.6 KB

 

165.2 KB