Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində ”Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib

19.06.2023

20 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində Ağdam  Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə, şəhid Vəliyev Elmdar Əli oğlunun əziz xatirəsinə həsr edilmiş "Qəhrəmanlar unudulmur" adlı anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra şəhidin qardaşları, yaxınları və digər iştirakçılar tərəfindən edilən çıxışlarda şəhid Elmdar Vəliyevin döyüş yolundan danışılıb, döyüş zamanı göstərdiyi qəhrəmanlıqlar haqqında məlumat verilib.

Tədbirin sonunda muzey tərəfindən hazırlanmış, şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

 

140.7 KB

 

59.3 KB

 

124.9 KB

 

86.1 KB

 

76.4 KB

 

110.3 KB

 

70.5 KB

 

73 KB

 

62.7 KB

 

79.7 KB

 

68 KB

 

93.3 KB

 

84.9 KB

 

106 KB

 

73.1 KB

 

89.1 KB

 

86.1 KB

 

140 KB