Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evində “26 İyun ̶ Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib

23.06.2023

23 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evinin və MKS-nin 5 saylı Qaradağlı kənd kitabxanasının birgə təşkilatçılığı ilə, “26 İyun  ̶  Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin  əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Vətən müharibəsinin qaziləri çıxış edərək, 44 gün ərzində keçdikləri döyüş yollarından danışıblar. Tədbirin sonunda mədəniyyət evinin dərnək üzvləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

 

131.3 KB

 

121.5 KB

 

117.9 KB

 

101.9 KB

 

143.1 KB