Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində “26 İyun ̶ Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib

23.06.2023

24 İyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi, Xındırıstan kənd Mədəniyyət evi, Xındırıstan və Novruzlu kənd klublarının birgə təşkilatçılığı ilə, “26 İyun  ̶  Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib.

Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin  əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılar tərəfindən çıxışlar edilərək, Azərbaycan ordusunun yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevlə Prezident cənab İlham Əliyevin ordumuza ayırdıqları diqqətdən, ordumuzun Vətən müharibəsində qazandığı qələbədən danışılıb.

Daha sonra Ağdam rayon 2 saylı tam orta məktəbinin və Paşabəyli kənd tam orta məktəbinin  şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Sonda Silahlı Qüvvələr Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

#AğcabədiRegionalMədəniyyətİdarəsi

#AğdamrayonHeydərƏliyevMərkəzi

#“15 iyun - Milli Qurtuluş Günü”

 

 

 

 

 

 

 

79.1 KB

 

84.1 KB

 

77.3 KB

 

65.2 KB

 

54.2 KB

 

59.6 KB

 

54.1 KB

 

53.6 KB

 

59.4 KB

 

57 KB