Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub

11.07.2023

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub.

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonaga Mərkəzin fəaliyyət istiqamətləri və burada nümayiş olunan sərgilər barədə məlumat verib.

Mərkəzdə həmçinin Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin görüşü olub.  Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edilib.

Pietro Parolin Bakıda Tereza Ananın Mərhəmət bacıları sığınacağında və Müqəddəs Məryəm Katolik Kilsəsində də olub.

#heydaraliyevfoundation #heydərəliyevfondu

 

192.3 KB

 

225.3 KB

 

195.1 KB

 

189.3 KB

 

100.9 KB

 

192.5 KB

 

131.6 KB

 

114 KB

 

96 KB