Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS-nin mərkəzi kitabxanasında 8 Noyabr − Zəfər Günü münasibətilə ”Qürur günümüz” adlı tədbir keçirilib

05.11.2023

05 noyabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi  Ağdam rayon MKS-nin mərkəzi kitabxanasında 8 Noyabr − Zəfər Günü  münasibətilə "Qürur günümüz" adlı tədbir keçirilib.

Əvvəlcə mərkəzi kitabxananın əməkdaşları 44 günlük Vətən müharibəsinin şəhidlərinin məzarlarını ziyarət ediblər.

Daha sonra kitabxanada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağdam  Musiqi Kollecinin müəllimlərinin və 18 saylı köçkün tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söylənib, rəqslər nümayiş etdirilib.

#QarabağRegionalMədəniyyətİdarəsi

#AğdamrayonMKS

#8NoyabrZəfərGünü

 

 

157 KB

 

160.2 KB

 

142.9 KB

 

160.7 KB

 

129.9 KB

 

141.2 KB

 

157.4 KB

 

141.6 KB

 

143.1 KB

 

131.5 KB

 

217 KB

 

228.7 KB