Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində ”8 Noyabr - Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib

03.11.2023

3 noyabr 2023-cü il tarixində  Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin və  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şanlı zəfər” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən qəhrəmanlarının  xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxışlar edilərək, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr,  Şuşanın  8 noyabr tarixində düşmən işğalından qurtarılması və bu tarixin Zəfər Günü elan olunmasından danışılıb. Bildirilib ki, Şuşanın azad olunması döyüşlərin nəticəsinə həlledici təsir edib və müharibə Ermənistanın kapitulyasiyası ilə başa çatıb.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş mahnı səslənib.

 

64.8 KB

 

202.7 KB

 

164.9 KB

 

184.4 KB

 

160.4 KB

 

174.2 KB

 

190.9 KB

 

174.5 KB