07.11.2023
07 noyabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Əliağalı kənd Mədəniyyət evində " Müasir tariximizin ən şanlı səhifəsi" adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Ağdam rayon 18 saylı tam orta məktəbinin şagirdləri tərəfindən şeirlər söylənilib, mahnılar oxunub və rəqslər nümayiş etdirilib.