08.11.2023
08 noyabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində "Zəfər Günü" münasibətilə konsert təşkil edilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsələndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək, 44 günlük Vətən müharibəsi və qəhraman oğullarımızın şücaətindən danışılıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx izlənilib. Tədbirin sonunda mərkəzin müəllim və şagird heyətinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.