07.11.2023
7 noyabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxlar kənd Mədəniyyət evi, Orta Qərvənd kənd klubu və Orta Qərvənd kənd kitabxanasının təşkilatçılığı ilə Zəfər Günü münasibətilə "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəblilər 44 günlük Vətən müharibəsinə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.