07.11.2023
07 noyabr 2023-cü il tarixində "Zəfər Günü" münasibətilə Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı uşaq musiqi məktəbində "Şanlı zəfər tariximiz" adlı konsert təşkil edilib.
Konsertdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışılıb. Qeyd olunub ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyaraq, Vətənimizin ərazi bütövlüyünü təmin edib.
Daha sonra musiqi, şeir və rəqs kompozisiyaları nümayiş olunub.