Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evində”Görkəmli şəxşiyyət, görkəmli xadim” adlı tədbir keçirilib

11.12.2023

11 dekabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evi, Qaradağlı kənd uşaq musiqi məktəbi və Qaradağlı kənd kitabxanasının birgə təşkilatçılığı ilə Qaradağlı kənd Mədəniyyət evində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Görkəmli şəxşiyyət, görkəmli xadim" adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad  edilib.

Sonra Qaradağlı kənd uşaq musiqi məktəbinin şagirdləri tərəfindən Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib.

 

 

 

 

 

89.2 KB

 

95.2 KB

 

60.9 KB

 

98.8 KB