Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdə Rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” adlı tədbir keçirilib

11.12.2023

11 dekabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə “Əbədiyaşar lider” adlı tədbir keçirilib.

 Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və  şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları tərəfindən çıxışlar edilərək, Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu, çoxşaxəli və zəngin fəaliyyəti, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində göstərdiyi misilsiz xidmətləri haqqında  danışılıb. Bildirilib ki, Ulu Öndər ölkəmizin ən çətin vaxtlarında xalqın çağırışına səs verərək ikinci dəfə hakimiyyətə qayıtdı  və Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarıb, ölkəmizdə əmin-amanlığı bərpa etdi.

Tədbirin sonunda Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

52.4 KB

 

41.4 KB

 

54.1 KB

 

48.3 KB

 

60.8 KB