Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində “Pis vərdişlərə “yox” deyək!” mövzusunda tədbir keçirilib

27.12.2023

27 dekabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Pis vərdişlərə “yox” deyək!” mövzusunda tədbir keçirilib.

Qonaqlar Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərlə tanış edildikdən sonra tədbir dəyirmi masa arxasında davam etdirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri haqqında danışılıb.

Tədbirin sonunda narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən videoçarx nümayiş olunub.

 

69.3 KB

 

71.6 KB

 

73.4 KB

 

56 KB

 

77.7 KB

 

109.5 KB

 

79 KB

 

79 KB

 

100.3 KB

 

104.8 KB

 

40.5 KB