17.01.2024
17 yanvar 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Üçoğlan kənd Mədəniyyət evində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək, 1990-cı ilin yanvarında Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışılıb. Bildirilib ki, 20 Yanvar faciəsinə siyas-hüquqi qiymət yalnız 1994-cü ildə - Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra verilib.