18.09.2024
18 sentyabr 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocavənd şəhər Uşaq Musiqi Məktəbində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətində köklü dönüş yaratmış bəstəkardır. Dahi bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Sonda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan “Arşın mal alan” filmi nümayiş olunub.