06.11.2024
06 noyabr 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Güllücə kənd uşaq musiqi məktəbində Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirilib.