Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Mərkəzi Kitabxanasında “Qana boyanmış qar” adlı tədbir keçirib

25.02.2025

25 fevral 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin Mərkəzi Kitabxanası  Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş, “Qana boyanmış qar” adlı tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışlar edilərək Xocalı faciəsi zamanı və tarix boyu xalqımıza qarşı törədilmiş soyqırımlardan danışılıb.

Daha sonra tədbirdə iştirak edən şagirdlərin ifalarında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda Xocalı soyqırımı haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

 

95.4 KB

 

92.2 KB

 

104.9 KB

 

112.6 KB

 

114.4 KB

 

90.4 KB