Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Füzuli rayon Böyük Bəhmənli kənd Mədəniyyət evində “Cırtdan nağılı” kukla tamaşası nümayiş olunub

01.06.2025

Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon Mədəniyyət evinin tabeliyində fəaliyyət göstərən Böyük Bəhmənli kənd Mədəniyyət evində 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Cırtdan nağılı” kukla tamaşası nümayiş olunub.

Əvvəlcə çıxışlar edilərək Uşaqların Beynəlxalq Müdafiəsi Günü və uşaqların hüquqlarının qorunması haqqında qəbul edilmiş qərarlardan danışılıb, bayram münasibətilə uşaqlar təbrik edilib. Sonra tamaşa nümayiş olunub. Tamaşadan sonra uşaqların əylənməsi üçün şar yağışı təşkil olunub və rəqslər ifa edilib.

 

184.4 KB

 

154.8 KB

 

140.2 KB

 

206.3 KB

 

155 KB

 

224.7 KB

 

209.8 KB

 

174.5 KB