Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-nin Oxuculara xidmət şöbəsi ”Müəllimlik zirvəsi” başlığı altında söhbət təşkil edib

05.10.2017

05 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə Ağcabədi rayon MKS-nin Oxuculara xidmət şöbəsi Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə "Müəllimlik zirvəsi" başlığı altında dəyirmi masa arxasında söhbət təşkil edib. Tədbiri giriş sözü ilə Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı İlhamə Musayeva açaraq əvvəlcə bu gün münasibətilə müəllimləri təbrik etmiş, sonra bildirmişdir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.Digər çıxış edənlərdə öz növbəsində müəllimləri təbrik etmiş və Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi olduğunu, "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirildiyini, məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunduğunu və xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.