18.09.2025
18 sentyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Füzuli rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, dövlət mükafatı laureatı, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş, “Üzeyirli günlər” adlı konsert proqramı və sərgi təşkil edilib.
Konsert proqramında dahi bəstəkarın musiqi və romansları ifa olunub, musiqli komediyalarından səhnələr nümayiş etdirilib.
Sonda Milli Musiqi Günü münasibətilə fərqlənən bir qrup mədəniyyət işçisi və musiqi məktəbinin şagirdləri Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.