25.09.2025
25 sentyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr — Anım Günü və Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş, “Böyük Zəfərin başlanğıcı” adlı tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ətrafında çıxışlar edilərək, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın Ermənistan ordusu tərəfindən işğal edilməsindən, ulu öndər Heydər Əliyev tərəfindən yeni ordu quruculuğunun əsasının qoyulması və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizin ordumuz tərəfindən azad edilməsindən danışılıb.
Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş, “Görünməyən qəhrəmanlar” adlı sənədli film izlənilib.