11.12.2025
11 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Əliağalı kənd Mədəniyyət evi tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr edilmiş, “Əbədiyaşar lider” adlı tədbir təşkil edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxışlar edilərək, Heydər Əliyevin keçdiyi həyat yolu, Azərbaycan mədəniyyəti və incəsənətinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Daha sonra Ulu öndərə həsr edilmiş şeirlər səsləndirilib.