Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi “Ümumdünya Turizm Günü” münasibətilə silsilə tədbirlər keçirmişdir.

22.09.2017

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan (Ağcabədi,Ağdam,Laçın) rayonları üzrə fəaliyyət göstərən uşaq musiqi məktəbləri, mədəniyyət müəssisələri, kitabxana və muzeylərdə “Ümumdünya Turizm Günü” münasibətilə konsert proqramları, silsilə tədbirlər keçirilmişdir.
Belə ki, 22.09.2017-ci il tarixində Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon Mədəniyyət mərkəzində və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinində “Ümumdünya Turizm Günü” münasibətilə tədbir keçirilmiş və kitab sərgisi təşkil edilmişdir. Tədbirdə rayon əhalisi və məktəb şagirdləri iştirak etmişdir.
23.09.2017-ci ildə Ağcabədi rayon Üzeyr Hacıbəyli adına Qarabağ Muğam evində və Ağdam rayon Heydər Əliyev Mərkəzində “Ümumdünya Turizm Günü” münasibətilə tədbir təşkil edilmiş və tədbirdə müəllimlər, məktəb şagirdləri və digər qonaqlar iştirak etmişdir.Tədbir musiqili konsert proqramıyla davam etdirilmişdir. Həmçinin Ağdam rayon Heydər Əliyev Mərkəzində “Ümumdünya Turizm Günü” münasibətilə Ağdam rayonun işğalda olan və işğalda olmayan ərazilərində mövcud olan turizm potensialını
25.09.2017-ci il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinində və Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon Mədəniyyət mərkəzində “Ümumdünya Turizm Günü” münasibətilə tədbir keçirilmiş və kitab sərgisi təşkil edilmişdir. Tədbirdə rayon əhalisi və məktəbillər iştirak etmişdir.
26.09.2017-ci il tarixdə Ağdam rayon Xan Şuşuniski adına uşaq muğam musiqi məktəbi, Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbində müəllim və şagirdlərin iştirakıyla “Ümumdünya Turizm Günü” ilə əlaqədar tədbirlər və konsert proqramları təşkil olunmuş, həmçinin Ağcabədi rayon Heydər Əliyev Mərkəzində regionun turizm potensialın əks etdirən “Ağ Göl milli parkı” haqqında film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
27.09.2017-ci il tarixində Mingəçevir şəhərində yerləşən Ağdam rayon Qiyaslı kənd uşaq musiqi məktəbinin Mingəçevir filialında, Bakı şəhəri Xətayi rayonunda yerləşən Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəbində “Ümumdünya Turizm Günü” ilə əlaqədar tədbirlər və konsert proqramları təşkil edilmişdir. Tədbirdə
şəhər əhalisi, qonaqlar şəhərə gələn turistlər və məktəbillərdə iştirak etmişdir. Tədbir rəngarəng musiqi proqramıyla davam etmişdir. Həmçinin Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət mərkəzində, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinində və Tarix-Diyarşünaslıq muzeyində, “Ümumdünya Turizm Günü” münasibətilə geniş tədbirlər keçirilmiş və kitab sərgiləri, muzeydə “açıq qapı” günləri təşkil edilmiş və qonaqlara turizmlə bağlı ətraflı məlumatlar verilmiş, regionun, ölkənin tarixini əks etdirən eksponatlarla tanış etmişlər. Eləcə də Ağdam rayon Mədəniyyət evi və Tarix-Diyarşünaslıq muzeyində “Ümumdünya Turizm Günü” münasibətilə münasibətilə geniş tədbirlər keçirilmiş və kitab sərgiləri, muzeydə “açıq qapı” günləri təşkil edilmiş və qonaqlara turizmlə bağlı ətraflı məlumatlar verilmiş, regionun, ölkənin tarixini əks etdirən eksponatlarla tanış etmişlər.
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan 2-sinin: Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində 27 sentyabr “Ümumdünya Turizm Günü” nə həsr olunmuş silsilə tədbirlər keçirilidi. Bu münasibətlə Laçın rayon Tarix-Diyarşünaslıq muzeyində “Açıq qapı” günü elan edilmişdir. Laçın rayon Mərkəzi Kitabxana Sisteminin “Ümumdünya Turizm Günü” həsr etdiyi tədbirdə isə turizm gününün yaranma tarixindən, Azərbaycanda turizmin inkişafına dövlət qayğısından və bu sahədə həyata keçirilən islahatlardan və layihələrdən geniş söz açılmış, qonaqlara ətraflı məlumat verilmişdir.