21.06.2022
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə “N” saylı hərbi hissənin hərbi qulluqçuları ekskursiya edib
Ekskursiya çərçivəsində mərkəzin əməkdaşları tərəfindən hərbçilərə müasir və müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.