Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa Dövlət Rəsm Qalereyasında Rəsm əsərlərindən ibarət tematik sərgi təşkil edilib

02.02.2026

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şuşa Dövlət Rəsm Qalereyasında 2 fevral-Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının 2026-cı il üzrə Mədəniyyət Konsepsiyasının prioritet istiqamətlərinə uyğun olaraq, istedadlı gənc rəssamların yaradıcılıq potensialının üzə çıxarılması, onların bədii-estetik baxışlarının təşviqi və müasir təsviri sənətdə fəal iştiraklarının dəstəklənməsi məqsədilə rəsm əsərlərindən ibarət tematik sərgi təşkil edilib.

Sərgidə təqdim olunan əsərlər gənc müəlliflərin fərdi yaradıcılıq üslubunu, milli-mənəvi dəyərlərə əsaslanan mövzu seçimini, eləcə də müasir təsviri sənət meyillərinə inteqrasiya imkanlarını əks etdirməklə, gənclərin sənət sahəsində formalaşma prosesinin mühüm mərhələsini nümayiş etdirib. Tədbir eyni zamanda mədəni irsin qorunması, gənc istedadların aşkara çıxarılması və onların peşəkar inkişafının stimullaşdırılması baxımından elmi-mədəni əhəmiyyət daşıyıb.

 

 

402.6 KB

 

154.3 KB

 

389.2 KB

 

423.1 KB

 

410.4 KB